Ərdoğan: “Qüdsün İsrailə verilməsi qəbuledilməzdir”

“Qüds müsəlmanların müqəddəs şəhəridir. Qüdsün İsrailə verilmə planı qəbuledilməzdir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, ABŞ tərəfindən hazırlanmış Yaxın Şərq sülh planının sülhə və münaqişənin həllinə xidmət etməyəcəyini qeyd edib.
“Bu, fələstinlilərin haqlarının nəzərə alınmaması və İsrailin işğalını legitimləşdirməkdir”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransı keçirib. Tramp bildirib ki, Qüds İsrail dövlətinin bölünməz paytaxtı olaraq qalacaq./Apa

Tarix
29 Yanvar 2020 [14:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-29 14:40:55
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin