Balakəndə avtomobil təmiri sexi yanıb

10:11 - 29 Yanvar 2020 - HADİSƏ

Balakən rayonunun Katex kəndində ümumi sahəsi 84 m² olan avtomobil təmiri sexinin damının taxta atmaları və içərisində təmirə dayanan "Volkswagen" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./trend

Xəbər xətti