Naqif Həmzəyev AŞ PA-da yeni vəzifəyə seçildi (FOTO)

15:00 - 28 Yanvar 2020 - Xəbər

Naqif Həmzəyev Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) əlillik, çoxluq və diskriminasiya alt komitəsinin büro üzvü və sədr müavini seçilib.


Trend-in məlumatına əsasən, bu barədə Naqif Həmzəyev özünün "facebook" səhifəsində yazıb.

"Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasının ilk günü qurumun prezidentinin və vitse-prezidentlərinin, Büro və Daimi Komitə üzvlərinin seçilməsi ilə başladı. Bu gün isə komitə iclası zamanı həmkarım xanım Sahibə Qafarovanın təklifi ilə əlillik, çoxluq və diskriminasiya alt komitəsinin büro üzvü və sədr müavini seçildim.

Namizədliyimi dəstəklədikləri üçün AŞ PA Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov və həmkarım Sahibə Qafarovaya dərin təşəkkürümü bildirirəm", - N.Həmzəyev yazıb.


Xəbər xətti