Sumqayıtda yol qəzasında 3 nəfər xəsarət alıb - Foto

19:47 - 27 Yanvar 2020 - HADİSƏ

Sumqayıtda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, qəza şəhərin Sülh prospektində, şəhərin əsas giriş hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobilə onun arxasınca gələn digər “Mercedes” markalı avtomobil çırpılıb. Zərbənin gücündən avtomobil işıq dirəyini aşıraraq yolun digər hissəsinə keçib. Qəza nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Bir müddət avtomobil yolunda tıxac yaranıb. Yol polisinin müdaxiləsindən sonra avtomobillərin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bir neçə gün bundan öncə isə həmin yolda 1 nəfərin ölümü və 4 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

 


Xəbər xətti