Bakıda xanım sürücü avtobusun yolunu kəsdi - VİDEO

16:27 - 27 Yanvar 2020 - Xəbər

Bakıda xanım sürücü avtobusun hərəkətinə mane olub. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev sosial şəbəkədə video paylaşıb. Belə ki, xanım sürücü avtomobilini dayanacaqda saxlayaraq "BakuBus" avtobusunun yolunu kəsib. Sürücü qadın avtomobildən enərək hətta sürücüyə qəzəblənib. 

Xəbər xətti