Türkiyədə son 60 ildə baş verən güclü zəlzələlər və qeydə alınan itkilər açıqlanıb

Türkiyədə son 60 ildə baş verən güclü zəlzələlər və onların nəticəsində qeydə alınan itkilər açıqlanıb.


Ucnoqta.az” “Hürriyet”ə istinadən xəbər verir ki, 1966-cı il Muş şəhərinin Varto rayonunda 2 zəlzələ qeydə alınıb. 

İlk təkanlar martda baş verib və nəticədə 14 nəfər ölüb. Ondan 5 ay sonra baş verən ikinci zəlzələ nəticəsində isə 2400 nəfər həlak olub.

1976-cı ilin noyabrın 24-də Vanın Muradiye rayonunda qeydə alınan 7.5 bal gücündə zəlzələ nəticəsində 3840 nəfər ölüb. Məlumata görə, dağıntılar altında qalanların bir hissəsi soyuq havadan donaraq həyatını itirib.

1999-cu ilin avqustun 17-si episentri Kocaelinin Gölcük rayonunda yerləşən zəlzələ Kocaeli ilə yanaşı Yalova, İstanbul, Bursa, Bolu, Zonquldak və Eskişehir şəhərlərində 18 min nəfərin həyatına son qoyub, 20 mindən artıq insan isə yaralanıb. 7.4 bal gücündə olan yeraltı təkanlar Ankara və Egey bölgəsində də dağıntılara səbəb olub.

Kocaeli zəlzələsindən 3 ay sonra olan 7.2 bal gücündə baş verən Düzce zəlzələsində isə 710 nəfər ölüb, minlərlə insan yaralanıb. Zəlzələ hətta Ukraynada da hiss edilib.

2011-ci ilin oktyabrın 23-də isə Vanın Tabanlı rayonunda 7.2 bal gücündə zəlzələ baş verib. Noyabrın 9-u isə Edremit rayonunda 5.6 gücündə yeraltı təkan olub. Ard-arda baş verən zəlzələ nəticəsində ümumilikdə 644 nəfər həyatını itirib, 1966 nəfər isə yaralanıb./report

Tarix
25 Yanvar 2020 [16:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-25 16:54:51
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin