Koronavirus laboratoriyadan yayılıb? - İDDİA

Xəbər verdiyimiz kimi, ötən ilin 31 dekabrında Çinin Vuhan şəhərində meydana çıxan koronavirus yüzlərlə adama yoluxub, 41 nəfərin isə ölümünə səbəb olub.

İddialara görə, koronavirusun ilk dəfə ortaya çıxdığı Vuhan şəhərində 2017-ci ildə virus laboratoriyası inşa edilib və məlum virus həmin laboratoriyadan yayılıb. Belə ki, üç il əvvəl laboratoriyanın inşasına qarşı çıxan elm adamları təhlükəni hiss edərək “virusların nəzarətdən çıxıb, laboratoriyadan kənara sızması” barədə xəbərdarlıq edib. Ancaq çinli mikrobioloqlar dünyanın ən böyük bioloji təhdidləri ilə mübarizə aparmaq üçün yetərincə güclü “elit heyət”lərinin olduqlarını bildirərək, xəbərdarlığa məhəl qoymayıblar.

Çin Elmlər Akademiyası və Pekin Patogen Mikrobiologiya və İmmunologiya Laboratoriyasının direktoru Gorg Qao 2017-ci ildə laboratoriyanın “Çin tədqiqatçıları üçün daha çox fürsət təqdim edəcəyini və BSL - 4 səviyyəli patogenlərin dünyaya fayda verəcəyini” söyləyib.

Qeyd edək ki, laboratoriya yanvar ayında Çin Milli Uyğunluq Qiymətləndirməsi Akreditasiya Xidməti (CNAS) tərəfindən BSL-4 standartlarını və meyarlarını qarşıladığı üçün sertifikatlandırılıb və fəaliyyətə başlayıb./publika.az

Tarix
25 Yanvar 2020 [16:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-25 16:09:12
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin