Qadın doqquzuncu mərtəbədən yıxıldı, sağ qaldı - VİDEO

14:35 - 24 Yanvar 2020 - Xəbər

Rusiyada yerli sakin doqquzuncu mərtəbədən yıxılıb və sağ qalıb.

Ucnoqta.az Rusiya KİV-nə istinadla xəbər verir ki, İnternetdə görünən videoda qızın binanın doqquzuncu mərtəbəsindən yıxılaraq qar uçqununa düşdüyü və sonra qalxıb getdiyi göstərilir. Hadisə Xantı-Mansiysk Muxtar Dairəsinin İzluçinsk kəndində baş verib. Hadisədən sonra qadın qonşularından onu təcili yardım çağırmasını istəyib. Hazırda zərərçəkən Nijnevartovsk rayon xəstəxanasında reanimasiya şöbəsindədir. Onun həyatı üçün təhlükə yoxdur.

Xəstəxanadan verilən məlumata görə, qadının qarın üzərinə düşməsi və isti paltarda olması onun sağ qalmasına səbəb olub.

Xəbər xətti