Daha bir nəfər “TikTok”a görə saxlanıldı

13:28 - 3 Mart 2026 - Cəmiyyət

Oğuz rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkədə qeyri-etik və əxlaqsız ifadələr işlədən 27 yaşlı M.Cəfərov saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, o, “TikTok” hesabında canlı yayım açaraq əxlaq normaları ilə bir araya sığmayan hərəkətlərə yol verməkdə ittiham olunur. Həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.///apa

Xəbər xətti