"Qəbələ" Bolqarıstan klubu ilə heç-heçə edib

18:55 - 22 Yanvar 2020 - İDMAN

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" futbol komandası növbəti yoxlama matçını keçirib.


"Report"un məlumatına görə, Elmar Baxşıyevın baş məşqçi olduğu kollektiv Bolqarıstan "Etar"ı ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, ilk matçda Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzan "Qəbələ" ardından Rusiya təmsilçisi "Çayka"nı 3 cavabsız qolla məğlub edib.

Xəbər xətti