Marsa səyahət kreditlə ola bilər

ABŞ-ın “SpaceX” şirkətinin baş direktoru (CEO) Elon Musk minlərlə insanın Mars planetinə getmək arzusunu reallaşdırmaq üçün yeni layihə hazırlayıb.


“Report” xarici mətbuata istinadən xəbər verir ki, layihə səyahətin pulunu ödəmək imkanı olmayan insanlar üçün kredit sisteminin yaradılmasını nəzərdə tutur. 

“Twitter” hesabında, hər 10 ilə min “Starship” raketi istehsal etmək istədiyini deyən E.Musk hər il yüz min immiqrantın Qırmızı Planetə köçməli olduğunu bildirib.

Marsa getmək istəyənlərə maddi yardım göstəriləcəyini və işlə təmin olunacağını bildirən CEO “İstəyən hər kəsə Marsa getmə imkanı verilməli, pulu olmayanlara kredit verilməlidir" deyib. 

Tarix
22 Yanvar 2020 [18:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-22 18:35:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin