Yunanıstanda ilk dəfə qadın prezident seçilib

14:01 - 22 Yanvar 2020 - DÜNYA

Yunanıstan Ali Məhkəməsinin sədri Yekaterina Sakellaropulu ölkə prezidenti seçilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səsvermə bu gün səhər saatlarında parlamentdə keçirilib. Parlamentdə 300 nəfər deputatdan 200-dən çoxu Y. Sakellaropuluya etimad göstərərək səs verib.

Y. Sakellaropulu Yunanıstanda ilk qadın prezident kimi tarixə düşüb.

Xəbər xətti