Oqtay Əsədov Qüdsə gedir

13:29 - 22 Yanvar 2020 - Xəbər

Milli Məclisin sədri Oqtay Əsədov və Milli Məclisin Beynəlxalq və Parlamentlərarası komitəsinin sədri Səməd Seyidov Qüdsə səfər edəcəklər. 

Səfərin məqsədi Qüdsdə keçirilməsi nəzərdə tutulan Auşvitzin azad olunmasının 75 illiyinə həsr olunmuş Dünya Holokost Forumu 2020 (World Holocaust Forum 2020) tədbirlərində iştirak etməkdir.

Qeyd edək ki, tədbirlər 22-23 yanvar tarixlərində keçiriləcək. /oxu.az

Xəbər xətti