Bakıda daha bir metrostansiyanın tikintisi başlayır

12:36 - 22 Yanvar 2020 - Xəbər

Bakıda bu il daha bir metro stansiyasının tikintisinə başlanılacaq.

"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, bu il "Bənövşəyi" xətt üzrə şərti adı B-4 olan stansiyanın tikintisi planlaşdırılır: "B-4 stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa ediləcək. Artıq yeni stansiyanın tikintisi üçün ilkin hazırlıq işləri aparılır. Ərazidə metro stansiyasının tunelləri qazılıb. Şərti adı B-3 olan yeni stansiya bu il istifadəyə veriləndən sonra B-4 stansiyasında tikinti işlərinə başlanılması planlaşdırılır".

Xəbər xətti