MSK sədri: Parlament seçkilərində bir yerə 10-12 namizəd var

11:46 - 22 Yanvar 2020 - Xəbər

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkiləri ilə əlaqədar yaxın günlərdə bülletenlərin çapına başlayacaq.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. M.Pənahov bildirib ki, namizədliyi qeydə alınan şəxslərin bir qismi bülletenlər çap edilənə qədər öz namizədliklərini geri götürürlər. Sədrin sözlərinə görə, MSK istəyir ki, namizədlər mübarizəni indi dayandırmasın: “Amma bu, bütün dünya praktikasında olan, xüsusən keçmiş postsovet və Şərqi Avropa ölkələrində tez-tez baş verən hallardır. Son finiş xəttinə yaxınlaşanda, adların bülletenlərə daxil olma mərhələsində namizədlərin müəyyən qədəri öz namizədliklərini geri götürürlər. Hazırda biz bu məsələ ilə məşğuluq. Müəyyən qism namizədliyini geri götürsə də, parlamentdə bir yerə 10-12 namizəd var”.

MSK sədri vurğulayıb ki, fevralın 9-da səsvermə zamanı seçicilər bülletenlərdə Azərbaycan ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən nümayəndələrin olduğunu görəcək və istədikləri seçimi edə biləcəklər: “19 siyasi partiyanın siyahısı əsasında irəli sürülən 260-dan artıq deputatlığa namizəd var. Ümumilikdə, 28 siyasi partiyanın təmsilçiləri iddiaçılar arasındadır”./trend

Xəbər xətti