Təbrizlə Culfa arasında sərnişin qatarı işə düşüb

11:17 - 22 Yanvar 2020 - Xəbər

İran hökuməti ölkənin Təbriz şəhəri ilə Azərbaycanın Culfa şəhəri arasında sərnişin qatarını işə salıb. 

"Report" İran mətbuatına istinadən xəbər verir ki, qatar yaxın 1 ay ərzində pulsuz işləyəcək və onun hərəkəti pilot layihə xarakteri daşıyacaq. Qatarın işə düşməsində məqsəd İranla Azərbaycan, o cümlədən Naxçıvan MR arasında turizm əlaqələrini inkişaf etdirməkdir.

Təbriz-Culfa qatarı 5 vaqondan ibarət olmaqla 400 sərnişin daşımaq imkanındadır.
Qatar hər gün saat 07:30-da Təbrizdən, saat 19:00-da isə Culfadan yola düşür. 

Xəbər xətti