Xızıda itkin düşən ana və 3 övladı tapıldı

10:37 - 22 Yanvar 2020 - Xəbər

Xızı rayonunda itkin düşən ana və övladları tapılıb.

 1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı, 9 yaşlı qızı Nurcan, 8 yaşlı oğlu Nurlan və 1 yaşlı oğlu Sərxanla birgə Bakı şəhərində tapılaraq polis şöbəsinə gətirilib. Müvafiq sənədləşmə aparıldıqdan sonra ana və övladları yaxınlarına təhvil verilib.

Qeyd edək ki, Xızıda ana və 3 övladı yanvarın 17-də itkin düşmüşdü./trend

Xəbər xətti