13 yaşlı oğlan itkin düşdü

10:21 - 22 Yanvar 2020 - HADİSƏ

Şəki 13 yaşlı oğlan itkin düşüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, rayonun Qoxmuq kənd sakini, 1986-cı il təvəllüdlü Zəhra Hüseynli yanvarın 20-də polisə müraciət edərək bildirib ki, oğlu, 2007-ci il təvəllüdlü Hüseynəli Hüseynli yanvarın 13-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Z.Hüseynli oğlunun psixi xəstə olduğunu bildirib.

Hazırda onun axtarışı davam etdirilir.

 

Xəbər xətti