Sabirabadda 66 yaşlı kişini avtomobil vurub

23:07 - 21 Yanvar 2020 - HADİSƏ

Sabirabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında rayonun Qaragüney kəndi ərazisində qeydə alınıb.

Avtomobil kənd sakini, 1954-cü il təvəllüdlü Qayıbov Baloğlan Əhməd oğlunu mağaza qarşısında vurub. Müxtəlif bədən xəsarətləri alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

B. Qayıbovun baytar həkim olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti