Almeydanın yeni klubu bəlli olub

20:09 - 21 Yanvar 2020 - İDMAN

Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın yeni klubu bəlli olub. 31 yaşlı yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) "Baniyas" klubuna keçib. "Qarabağ"dan ayrılan Braziliya əsilli oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Qeyd edək ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Riçard Almeyda 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb. "Baniyas" BƏƏ çempionatında 12 turdan sonra 11 xalla 11-ci pillədə qərarlaşıb. /report

Xəbər xətti