Türkiyənin məşhur serialı final edir

14:33 - 21 Yanvar 2020 - MAQAZİN

Star TV-də yayımlanan məşhur “Çocuk” serialı ekranlarla vidalaşır. 

“1441 Yapım” şirkəti tərəfindən ərsəyə gələn ekran işinin 28 yanvar tarixində son bölümü yayımlanacaq. Beləliklə, “Çocuk” 18-ci seriyadan sonra tamaşaçılarla sağollaşacaq.

Buna səbəb layihənin son zamanlar reytinq nəticələrinin aşağı düşməsidir. Həmçinin, eyni vaxtda Show TV-də yayıma başlayan “Ramo” serialının böyük uğur qazanmasıdır.
Qeyd edək ki, “Çocuk”da Nazan Kesal, Merve Çağıran, Ceyda Ateş, Serhat Teoman, Kenan Acar və İsmail Hacıoğlu rol alır./qafqazinfo

Xəbər xətti