Bakıda 45 yaşlı kişi dəm qazından öldü

11:17 - 21 Yanvar 2020 - HADİSƏ

Bakıda dəm qazından daha bir nəfər ölüb.

Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rayon sakini, 1975-ci il təvəllüdlü Məmmədov Əli Akif oğlunun meyiti yaşadığı evdə qohumları tərəfindən aşkarlanıb. Meyitin ilkin müayinəsi zamanı Ə. Məmmədovun qəm qazından boğulduğu məlum olub.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır./Apa

Xəbər xətti