Şirvanda dəmir yolundan oğurluq edən şəxs saxlanılıb

Şirvanda dəmir yolundan oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ötən gün dəmir yol ustası Coşqun Salmanov NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin  İmişli XPŞ-nin Şirvan Xətt Polis Bölməsinə müraciət edərək  Xıdırlı-Qaragüney dəmir yolu mənzilinin 15 km-də 1-ci puketdən 5-ci puketə qədər olan məsafədə 47 ədəd rels altlığının və ona məxsus 188 ədəd rels bərkidici dəmir mıxın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib.

Şirvan Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Hacıqabul rayonu Atbulaq kənd sakini Həbib Şıxəliyev saxlanılıb.
Dindirilmə zamanı H.Şıxəliyev törətdiyi cinayət əməlini etiraf edib, oğuladığı rels altlıqları və mıxlar ona məxsus evin həyətindən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şirvan Xətt Polis Bölməsində araşdırma aparılır.

Tarix
21 Yanvar 2020 [11:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-21 11:07:59
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin