Gəncədə yaşlı qadın dəm qazından zəhərlənib

23:22 - 20 Yanvar 2020 - HADİSƏ

Gəncədə zəhərlənmə hadisəsi baş verib. 

Hadisə şəhərin Natavan qəsəbəsində qeydə alınıb. 1960-cı il təvəllüdlü Səadət Bururki yaşadığı evdə dəm qazından zəhərlənib. Qadın dərhal xəstəxanaya yerləşdilib. Ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qadın evdə yandırılan İran istehsalı olan peçin qazından zəhərlənib./Apa

Xəbər xətti