Özbəkistan hökuməti istefa verib

23:00 - 20 Yanvar 2020 - DÜNYA

Özbəkistan hökuməti tam tərkibdə istefa verib.

Trend-in "Ren TV"yə istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinin üzvləri Özbəkistan Respublikası Konstitusiyasının 98-ci maddəsinə uyğun olaraq istefa veriblər. Özbəkistan prezidentinin qərarına əsasən yeni hökumət formalaşdırılana qədər istefa verən hökumətin üzvləri öz səlahiyyətlərini icra edəcəklər.

Yeni baş nazirin namizədliyinə yanvarın 21-i keçiriləcək parlamentin hər iki palatasının birgə iclasında baxılacaq.

Xəbər xətti