“Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs tutulub

Qəbələdə adı “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs tutulub. Daxili işlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında rayonun Vəndam qəsəbəsində keçirilən əməliyyat tədbirləri nəticəsində Zaqatala rayon sakini Hacıömər Abbasovun idarə etdiyi “İveco” markalı yük avtomobili saxlanılıb. Avtomobilin yük yerinə baxış keçirilən zaman oradan adı Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşən 2 baş maral aşkar edilib. Sürücü H.Abbasov şübhəli şəxs qismində saxlanılıb. O,ifadəsində həmin maralları Zaqataladan Qəbələ rayonuna satmaq məqsədilə gətirdiyini bildirib. Polis əməkdaşları tərəfindən həmin marallar Şahdağ Milli Parkına təhvil verilib. Faktla bağlı Qəbələ RPŞ-də araşdırma aparılır.
Tarix
20 Yanvar 2020 [13:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-20 13:58:51
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin