Lənkəranda iki yük maşını toqquşdu: bir nəfər yanaraq ölüb - FOTO

Lənkəranda iki yük maşını toqquşub, ölən və yaralanan var.

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Lənkəran rayonu Girdəni kəndindən keçən ərazisində Rusiya vətəndaşına məxsus TIR ilə "QAZel" markalı yük maşınları toqquşub. Nəticədə "QAZel" markalı yük maşını alışıb və hələlik kimliyi məlum olmayan Cəlilabad sakinlərindən biri yanaraq ölüb, digəri yaralanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə və Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Xidmətlərinin əməkdaşları cəlb olunub. Vəfat etmiş sürücü Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Yaralanan sərnişin, Cəlilabad rayon sakini, 1981-ci il təvəllüdlü Xalim Qulaməli oğlu Cəfərov isə TTSTY-nin "113" xidməti maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./Apa

Tarix
20 Yanvar 2020 [10:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-20 10:32:21
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin