Yəməndə hərbi düşərgənin “Ənsar Allah” (husilər-red) qruplaşmasının silahlıları tərəfindən atəşə tutulması nəticəsində ölən hərbçilərin sayı 100 nəfərə çatıb.
Bu barədə “Al Jazeera” telekanalı ölkənin Xаrici İşlər Nаzirliyinə istinadən xəbər verib. Xаrici İşlər Nаzirliyindən bildirilib ki, “Ənsar Allah” (husilər-red) qruplaşmasının silahlılarının hədəfi Yəmən ordusu alayının 4-cü düşərgəsindəki məscid olub.
Daha əvvəl atəş nəticəsində 80 nəfərin həlak olduğu, 150 nəfərin yaralandığı bildirilirdi. /report
Tarix
19 Yanvar 2020 [20:30]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin