Azərbaycanlı jurnalist Türkiyədə xərçəngdən vəfat etdi

16:50 - 19 Yanvar 2020 - Xəbər

Azərbaycanlı jurnalist Aynur Təhməzova (Aynur Eyvazova imzası ilə tanınırdı) xərçəng xəstəliyindən vəfat edib.

O, Türkiyədə xəstəxanada dünyasını dəyişib. Aynur Təhməzova qan xərçəngindən əziyyət çəkirdi. Kimyaterapiyadan sonra ağciyərləri iflas edib. Cənazəsi bu gün Azərbycana yola salınacaq. 1973-cü ildə anadan olan Aynur Təhməzova Azərbaycan mətbuatında "Yeni Müsavat" qəzeti, "Medifaorum" saytı və digər mətbuat orqanlarında fəaliyyət göstərib.

Allah rəhmət eləsin!
/qafqazinfo


Xəbər xətti