Bakıda mikroavtobus piyadanı vuraraq öldürüb

20:20 - 18 Yanvar 2020 - HADİSƏ

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində “Mercedes” markalı mikroavtobus yolu keçən təxminən 50-55 yaşlı kişini (şəxsiyyəti dəqiqləşdirilir) vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti