DYP polisin rüşvət alması videogörüntüsünə münasibət bildirib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda sosial şəbəkələrdə Yol Patrul Xidməti (YPX) əməkdaşının rüşvət alması ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Report"a bildirib ki, faktla bağlı araşdırmalara başlanılıb. "Araşdırmaların nəticəsinə uyğun olaraq, inspektorların hərəkətlərinə hüquqi qiymət veriləcək", -  o qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhərinin Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən "Qoşa Park" yaşayış kompleksinə daxil olan sürücünün qaydaları pozduğu və bu an onu təqib edən polis maşınının yaxınlaşaraq rüşvət aldığı ilə bağlı videogörüntü yayılıb.

Tarix
17 Yanvar 2020 [20:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-17 20:50:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin