Ana səhifə Mobil versiya
19 Sentyabr 2020

Bakı metrosundan şad xəbər

Bakı Metrosu üçün daha 16 müasir ventilyator alınacaq.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, bu il metro tunellərində havalandırmanın yaxşılaşdırılması üçün daha 16 müasir ventilyatorun alınması planlaşdırlır:

“Yeni ventilyatorlar 2020-ci ilin fevral-mart aylarında Bakıya gətiriləcək. Gətiriləcək 16 ventilyatoru 10-u “qırmızı” və “yaşıl” xətlər üzrə olan metro stansiyalarında quraşdırılacaq. Digər 6 ventilyator isə “bənövşəyi” xətt üçün nəzərdə tutulub”.

B.Məmmədov bildirib ki, ötən il alınaraq metro tunellərində quraşdırılan 7 ventilyatorun da fiberoptik kabellərlə mərkəzə birləşməsi prosesi tam başa çatıb./oxu.az

Tarix
17 Yanvar 2020 [18:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-17 18:33:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin