Ermənistanda sabiq yüksək rütbəli məmur intihar etdi

15:45 - 17 Yanvar 2020 - Xəbər

Ermənistanın paytaxtı Yerevandakı evlərdən birində Dövlət Təhlükəsizlik Xidmətinin sabiq direktoru Georgi Kutoyanın meyiti tapılıb. 

“Sputnik Ermənistan” xəbər verir ki, bununla bağlı Yerevanın İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, meyitin üzərində güllə izləri aşkarlanıb.

İlkin ehtimala görə, Kutoyan özünə qəsd edib.
Qeyd edək ki, Kutoyan 2016-2018-ci illərdə DTX direktoru olub. Onu “məxməri inqilab”dan sonra Artur Vanetsyan əvəzləyib. /oxu/az

Xəbər xətti