Saatlıda iki maşın toqquşub, 4 nəfər xəsarət alıb

10:06 - 17 Yanvar 2020 - HADİSƏ

Saatlı rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib.

APA-nın məlumatına görə, hadisə Saatlı rayonunun Qaranuru kəndi ərazisində qeydə alınıb.

“Mitsubishi” markalı avtomobillə “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Onlar müxtəlif dərəcəli xəsarətlərlə Saatlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti