Gürcüstan-Azərbaycan sərhədində insident baş verib

18:05 - 14 Yanvar 2020 - Xəbər

Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış hissəsində insident baş verib.

APA-nın yerli bürosu Gürcüstanın İctimai kanalına istinadən xəbər verir ki, yanvarın 14-də baş verən insident zamanı bir Gürcüstan vətəndaşı odlu silahdan istifadə edərək Gürcüstan sərhəd keşikçilərini hədələyərək razılaşdırılmamış hissələrə keçməyə cəhd göstərib. İnsidentin qarşısının alındığı bildirilir.

Gürcüstan Daxili İşlər Nazirliyi baş verən insidentlə bağlı məlumat yayıb. Xəbərə görə, nazirliyin Sərhəd Polisi əməkdaşları qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və girov götürmə ittihamları ilə Gürcüstan vətəndaşı Gİ-ni saxlayıb. Bildirilib ki, yanvarın 14-də Gürcüstan vətəndaşı G.İ. odlu silah və qumbaradan istifadə etməklə hədələyərək Gürcüstan sərhəd keşikçilərini Gürcüstan-Azərbaycan sərhədinin mübahisəli bölgəsinə keçməyə məcbur edib. İnsident zamanı G.İ.-nin bir neçə dəfə atəş açdığı da bildirilib. Məlumata görə, Gürcüstan sərhəd keşikçilərinin səmərəli işi nəticəsində silahlı şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.
Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı həmkarlarına hadisə ilə əlaqədar səmərəli əməkdaşlığa görə təşəkkür edib.

Xəbər xətti