Bəxtiyar Hacıyevi təhqir edən şəxs saxlanılıb

Sosial şəbəkədə gənc fəal Bəxtiyar Hacıyevi təhqir edən şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumatda bildirilir ki, müraciət əsasında araşdırma aparılıb. Yasamal RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində saxta sosial şəbəkə profillərindən özünü ABŞ vətəndaşı, Turan Elmar İsmayıl oğlu kimi təqdim edən 1989-cu il təvəllüdlü, Suraxanı rayonunda qeydiyyatda olan Elman Bağırov müəyyən olunaraq saxlanılıb. Məlum olub ki, E.Bağırov CM-nin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsilə barəsində olan cinayət işi ilə bağlı istintaqdan yayındığı üçün axtarışda olub. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.
Tarix
14 Yanvar 2020 [16:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-14 16:14:57
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin