Əczaçılıq şirkəti 5000 avro cərimə edilib

Maliyyə Bazarlarına Nəzarət Palatası valyuta tənzimi qaydalarının pozulmasına görə “Alfa-N Company” Məhdud Məsuliyyətli Cəmiyyəti barədə protokol tərtib edib.

"Report" xəbər verir ki, Nizami Rayon Məhkəməsi protokola əsasən şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilib.
Bu inzibati xətaya görə hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Şirkət 20 000 avronun 25 faizi, yəni 5 000 avro məbləğində cərimə edilib.

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, 2002-ci ildən fəaliyyətə başlayan “Alfa-N Company” əczaçılıq şirkətidir və Səhiyyə Nazirliyi tərəfindən verilmiş lisenziyaya əsasən fəaliyyət göstərən şirkət xarici əczaçılıq zavodları və şirkətləri ilə əməkdaşlıq edir. 

Tarix
14 Yanvar 2020 [14:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-14 14:20:37
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin