Ukraynadan təyyarənin vurulması ilə bağlı iki ağlasığmaz versiya

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Ukraynaya məxsus  təyyarənin İranda qəzaya uğramasının istintaqı zamanı baxılan gizli versiyaları açıqlayıb.

Bu barədə UNİAN xəbər yayıb.

Onun sözlərinə görə, prioritet versiya raketlə vurulma olub, lakin mütəxəssislər hücumun səbəbləri ilə bağlı fərqli versiyalara sahib olublar:

“Məsələn, belə bir versiya var idi ki, kimlərsə ABŞ-ın Tehrandakı rezidenturasının əməkdaşlarının təyyarə ilə təxliyyəsinə mane olmaq istəyib. Digər bir variant nüvə, yaxud raket proqramı ilə əlaqələri olan alimlərin çıxışına mane olmaq idi”.

Xatırladaq ki, MAU aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi yanvarın 8-də Tehran aeroportundan uçuşdan az sonra yanıb və yerə çırpılıb. Faciə nəticəsində ümumilikdə 176 nəfər həlak olub. Təyyarənin vurulmasında məsuliyyəti İran İslam İnqilabı Keşikçiləri Korpusu öz üzərinə götürüb./oxu.az

 

Tarix
14 Yanvar 2020 [11:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-14 11:45:14
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin