Valverde “Barselona”dan qovuldu - Yeni baş məşqçi bilindi

“Barselona”nın baş məşqçisi Ernesto Valverde postundan istefaya göndərilib. 

Bununla bağlı klubun rəsmi “Twitter” hesabında məlumat paylaşılıb.

Qərar bu gün “Barselona” prezidenti Jozep Bartomeu və klub direktorlarının iştirakı ilə keçirilən iclasda qəbul edilib. Məlumatlara görə, tərəflər müqavilənin dayandırılması ilə bağlı razılıq əldə ediblər.

Qeyd edək ki, “Barselona” İspaniya Superkubokunun yarımfinal mərhələsində “Atletiko” klubuna 2:3 hesabı ilə məğlub olub. La Liqada isə klub birinci yerdə qərarlaşıb.

55 yaşlı Ernesto Valverde “Barselona”nın baş məşqçisi postuna 2017-ci ildə gətirilib. Onun rəhbərliyi altında klub 163 rəsmi oyun keçirib ki, bunlardan 108-də qələbə qazanıb, 20-də məğlub olub, 35 oyun isə heç-heçə ilə bitib. Valverde “Barselona” ilə iki dəfə İspaniya çempionu olub, bir dəfə ölkə kubokunun, bir dəfə də Superkubokun qalibi olub.

Yeri gəlmişkən, onun yerinə Kike Setyen baş məşqçi təyin olunub. 61 yaşlı çalışdırıcı ilə 2022-ci ilin iyunun 30-dək müqavilə bağlanılıb. Onun bu gün təqdimatı və mətbuat konfransı olacaq./oxu.az

 

Tarix
14 Yanvar 2020 [09:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-14 09:55:41
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin