DİN polis əməkdaşının narkotiklə saxlanılması ilə bağlı məlumatlara münasibət bildirib

15:30 - 13 Yanvar 2020 - HADİSƏ

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşının narkotik vasitə ilə saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Toğrul Nəsirli “Report”a açıqlamasında qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, Salyan RPŞ-nin əməkdaşı olmuş Fərid Hüseynov bir müddət əvvəl öz istəyi ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib: “Hazırda yazılan məlumatlarla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, sosial şəbəkələrdə Salyan RPŞ-nin əməkdaşı F.Hüseynovun Sabirabad RPŞ əməkdaşları tərəfindəön saxlanıldığı, onun üzərindən narkotik vasitə götürüldüyü ilə bağlı məlumat yayılıb.

 

Xəbər xətti