“Azərbaycan dilinin akademik qrammatikası” hazırlanır

14:54 - 13 Yanvar 2020 - Xəbər

“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın müvafiq bəndlərinə uyğun olaraq AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsində dördcildlik “Azərbaycan dilinin akademik qrammatikası” hazırlanmaqdadır. 

APA-nın məlumatına görə, bu barədə İnstitutun 2019-cu il üçün illik hesabatında bildirilib.

Həmçinin qeyd olunub ki, artıq “Azərbaycan dilinin qrammatikası. I cild. “Fonetika. Fonologiya” kitabının siqnal variantı çapdan çıxıb.

 

Xəbər xətti