“Real” titul sayında “Barselona”ya çatıb

İspaniyanın “Real” klubu tarixinin 91-ci tutulunu qazanıb.

 Madrid təmsilçisi bununla da əzəli rəqibi “Barselona”ya çatıb. “Kral klubu” İspaniya Superkubokunun finalında “Atletiko”nu məğlub edərək (0:0, pen.4:1) bunu rəsmiləşdirib.
11-ci dəfə Superkuboku qazanan “Real”ın hesabında 33 çempionluq, 19 ölkə kuboku, 4 Avropa Superkuboku, 13 Çempionlar Liqası, 2 UEFA kuboku, həmçinin klublararası dünya çempionatı və qitələrarası kubokda 7 qələbə var. Madridlilər Yeva Duarte kuboku və Liqa kubokunu da qazanıb.

Bu titullardan 9-u indiki baş məşqçi Zinəddin Zidanın hesabındadır. O, madridlilərlə keçirdiyi bütün finallarda qalib gəlib.
Fransalı mütəxəssis 3 dəfə Çempionlar Liqası, 2 dəfə Avropa Superkuboku, 2 dəfə İspaniya Superkuboku və 2 dəfə dünya çempionatının həlledici matçında iştirak edib və hamısında da qələbə sevinci yaşayıb./Apasport

Tarix
13 Yanvar 2020 [10:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-13 10:44:22
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin