Bakıda ev yandı: üç tələbə öldü – VİDEO

09:08 - 10 Yanvar 2020 - HADİSƏ

Bakının Səbail rayonu, Bayıl qəsəbəsində baş vermiş yanğın zamanı üç əcnəbi tələbə qız boğularaq ölüb.

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, bədbəxt hadisə Xanlar küçəsi 60 ünvanında baş verib. Ümümi sahəsi 36 m² olan bir otaqlı mənzildə bir ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb. Yanğın zamanı əmələ gələn tüstüdən üç tələbə qız boğularaq ölüb.

Qızların Şri-Lanka vətəndaşları olduqları məlum olub. Onlar Bakıda fəaliyyət göstərən Qərbi Kaspi Universitetinin tələbələri olublar.

Xəbər xətti