Bakıda avtomobillə vurulan qadın xəstəxanada ölüb

09:56 - 8 Yanvar 2020 - HADİSƏ

Bakıda avtomobillə vurulan 62 yaşlı qadın xəstəxanada ölüb.

Hadisə yanvarın 7-də saat 19:30 radələrində, Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, paytaxt sakini, 1995-ci il təvəllüdlü Orxan Abbasov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Ofelya Bağırovanı vurub. Xəstəxanaya çatdırılan qadın saat 23 radələrində orada ölüb.

Faktla bağlı bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar aparılır./report

 

Xəbər xətti