Azərbaycanda ipoteka ilə alınan evlər də sığortalanmalıdır? - VİDEO

22:15 - 6 Yanvar 2020 - Xəbər

Daşınmaz əmlakını sığorta etdirməyənlərin artıq yanvar ayından başlayaraq cərimələnmələri nəzərdə tutulub. İpoteka ilə alınan evlərin sığortalanmasına baxmayaraq həmin evlər də icbari qaydada sığortalanmalıdır. Bu isə bir sual ortaya qoyur. Əgər fondun tələbi ilə tam sığortalanan evin yenidən icbari qaydada sığortalanması vətəndaşa hansı üstünlüklər verir?

Dövlət ipoteka fondunun vasitəsilə alınan, könüllü qaydada sığorta edilən evlər də yenidən icbari qaydada sığortalanmalıdır.
Bu ilin yanvar ayından etibarən daşınmaz əmlakını sığorta etdirməyənlərin cərimələnməsi nəzərdə tutulur. İpoteka ilə alınan evlər dövlət ipoteka fondunun tələbi ilə sığortalansa da, onların yenidən icbari sığortaya cəlb olunması tələb olunur. Ekspertlər bildirir ki, könüllü sığortada bəzi risklər nəzərə alınmır. Buna görə də ipoteka ilə alınan evlər də mütləq qaydada icbari sığortalanmalıdır.

Ekspertlər bildirir ki, icbari sığorta vətəndaşa əlavə imkan verir. Belə ki, baş verən hadisə zamanı evə dəyən ziyan tam qarşılanır. İcbari sığortada bu hədd 25 min manat müyyən edilibsə, ipoteka ilə alınan evlərdə evin dəyərinə uyğun qiymətləndirmə həyata keçirilir.

Onu da qeyd edək ki, hazırda daşınmaz əmlakın icbari sığortasını bunun üçün lisenziya almış 12 şirkət icra edə bilər.


​/xezerxeber

Xəbər xətti