Şimal bölgəsində qarın hündürlüyü 10 sm-ə çatıb

13:10 - 3 Yanvar 2020 - ÖLKƏ İÇİ

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti kəskin dəyişib. 

Quba və Qusarın bəzi yaşayış məntəqələrinə qar yağmağa başlayıb.Ən çox qar Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 10 sm-ə çatıb. Qrız kəndində 5 sm, Təngəaltında 3 sm, Qubanın mərkəzində isə 1 sm qar müşahidə olunub. Qusarın Yasab kəndinə isə 1 sm qar düşüb.

Qubanın Qrız və Xınalıq kəndlərində temperatur mənfi 9 dərəcəyədək enib. /Apa  

Xəbər xətti