Mina: “Məcbur olub soyunuram”- Foto

14:24 - 31 Dekabr 2019 - MAQAZİN

“Kim soyunursa, ona dəstək olurlar”

“Həmişə qalmaqallı açıqlamalarla gündəmdə olmuşam. Məqsədim qalmaqal yaratmaq olmayıb, sadəcə hansısa söz demişəm bu geniş səs-küyə səbəb olub. Deyim ki, sənətə gəldiyim zaman işlərimlə gündəmdə olmuşam. “Hər şey istəyirəm”, “Dur, oppan” kimi mahnılar dediklərimi əyani təsvir edir”. Ucnoqta.az saytının qonağı müğənni Minadır.

-Niyə müğənni oldunuz ?
-Çünki Azərbaycanda müğənni yox idi. Ona görə də müğənni oldum (gülür). Təbii ki, bu bir zarafatdır. Müğənni ondan ötrü oldum ki, mənim janrımda oxuyan ifaçı yox idi. Özümə ehtiyac olduğunu düşünüb sənətə gəldim.

-Qalmaqalla gündəmdə qalan müğənnisiniz ?
-Əslində qalmaq istəməmişəm. Amma həmişə qalmaqallı açıqlamalarla gündəmdə olmuşam. Məqsədim qalmaqal yaratmaq olmayıb, sadəcə hansısa söz demişəm bu geniş səs-küyə səbəb olub. Deyim ki, sənətə gəldiyim zaman işlərimlə gündəmdə olmuşam. “Hər şey istəyirəm”, “Dur, oppan” kimi mahnılar dediklərimi əyani təsvir edir. Mən tək qalmaqallarla deyil, sənətimlə, filmlərimlə də yadda qalmışam. Polad Bülbüloğlu ilə duet oxumuşam. Bunlar bəs edir ki, deyim ki, sənətdə nələrisə etmişəm.

-Bəs özünüzün münasibəti necədir, qalmaqalla yaddaşlarda qalmağa ?
-Qalmaqal da bir şoudur, əslində. Amma bununla yanaşı gərək sənəti də təqdim edəsən. Gərək, müğənninin sənəti də olsun. Tək qalmaqal hər şey demək deyil.

-Demisiniz ki, bizdə şou yoxdur...
-Bəli, sözümün üstündə dururam. Bizdə şou yoxdur, biznes var.

-Bir ara haqqınızda “Üç sevgilisi var” xəbəri dildən-dilə gəzdi...
-Baxın, mən Türkiyədə “Son məktub” filminə çəkiləndə orada aktrisaların övladları baxmayaraq orta məktəb yaşlarında idi, olanların sevgililəri vardı. Anaları ilə rahat şəkildə bunu bölüşürdülər. Valideynləri bunu çox yaxşı qəbul edirdi. Mən sevgililərin dəyişməsinə normal baxıram. İnsanıq həyatımızda hər şey ola bilər. Əsl sevgimizi tapana qədər çox insanlar tanıya, çox mərhələlərdən keçə bilərik. Əslində o üçünə sevgili deməzdim. Sadəcə onları sınamışam ki, görüm, alınar ya yox ? Baxmışam, alınmayıb, ayrılmışam.

-Ayrılığa səbəb nə olur ?
-Görürəm ki, o insan mənə uyğun deyil, ayrılıram. Xarakteri mənə uyğun olmayan birini qəbul edə bilmirəm. Məni çox sıxma-boğmaya salan insanlardan uzaq qaçıram. Ən çox davalar mənə qadağalardan yaranır. O qadağalardan ki, “ora getmə, bura get, onu geyinmə, bunu geyin”dən ibarət olur. Bu da ayrılmağıma səbəb olur.

-Sizdən kifayət qədər yaş fərqi olan biri ilə ailə qurarsınız ?
-Heç vaxt. Düzdür, deyirlər, heç vaxt, heç vaxt demə. Amma istəmərəm. Dediyim kimi, mənim bütün kaprizlərimə dözsə belə, azadlığımı əlimdən almasa belə, yenə də ailə qurmaram. Çünki mən elə biri ilə yola getmərəm. Ailə qarşılıqlı anlaşmadır. Əgər mən həyat yoldaşımı anlaya bilməyəcəmsə, niyə ailə qururam ?

-Ümumiyyətlə, cavan qadının yaşlı kişi ilə ailə qurmasına necə münasibət bəsləyirsiniz ?
 -Olduqca anormal baxıram. “Aşkı memnu” serialı bəs edir, mənim fikirlərimi izah etməyə. Qadın yaşlı kişini bir müddət qəbul edəcək, sonra ondan yorulacaq, bezəcək.

-Xalanız qızı Elnarədən inciksiniz hazırda ?
-Xeyr, o mənim canımdır. Çoxusu deyir ki, incikdir, amma bu belə deyil. Vallah, münasibətimiz normaldır. Adam da bacısından inciyər ?

-Plastik əməliyyat elətdirmisiniz ?
-Peşimanam sosial şəbəkələrdə canlı açım. Hər kəs yazır ki, bədən nahiyənizdə nəsə əməliyyat olubmu ? Deyirəm, xeyr, özümündür. Hər kəsin bir keçid dövrü olur. Bəlkə də uşaqlıqda bu fiqurada olmamışam, böyüdükcə dəyişmişəm deyə insanlara qəribə gəlir məni belə qəbul eləmək və ona görə də soruşurlar ki, hansısa bir əməliyyat elətdirmisiniz ?

-Gözəlliyiniz başınıza bəla olur ?
-Xeyr, qətiyyən olmur. Başıma bəla olur, deyəndə, necə bəla ola bilər ki? Maksimum halda kimsə yaxınlaşıb sevgisini etiraf edəcək, mən də “yox” deyəcəm.

-Deyirsiniz ki, “xeyr” cavabını verirəm. Bəs kiminləsə necə olur, sevgili münasibəti yaşayırsınız ?
-O zamanlar olub sevgililərim. Daha ağıllanmışam, heç kimin həyatıma daxil olmasını istəmirəm. Sənətimi davam etdirmək, onu daha da təkmilləşdirmək istəyirəm. Əgər mən indi sevgili hayında olsam, işlərim yarımçıq qalacaq. Ona görə də bütün diqqəti sənətimə ayırmışam.

-Ailəni sənətə qurban verərsiniz, demək ki ?
-Xeyr. Sadəcə indi o yaşım deyil ki, ailə qurum. Allah nə zaman qismət edərsə, o zaman da ailə həyatı quraram. Sizə bir şey deyimmi, pullu kişi istəyirəm (gülür). Zarafat edirəm, təbii ki. Çox istəyərəm ki, ailə quracağım insan daxilən zəngin olsun. Maddi baxımdan kasıb olsa da, olar.

-Mina, bir arada yazdılar ki, siz sərxoş olmusunuz...
-Belə bir şey olmayıb. Dediyiniz klip çəkilişindəndir. Əlimdəki isə vişnə şirəsidir.

-Dəqiq şirədir ?
-Allahdan böyüyü yoxdur. Mən Allaha bağlı olan insanam. O, bütün mövcud olanların fövqündə durandır. Allaha and içə bilərəm ki, şirədir.

-Dinə inanırsınız ?
-Əlbəttə, inanıram. Niyə inanmayım ?

-Dediniz ki, dinə inanıram, Allahı sevirəm. Bəs niyə açıq geyinirsiniz ?
-Bunu mənim sənətim tələb edir. Baxın, qapalı geyimlərdə şəkil paylaşıram. Onun bəyənmə sayı az olur. Amma bir az açıq geyimdə şəkil paylaşım, o zaman bəyənmə sayı bilirsiniz, nə qədər olur? Fikir vermişəm, kim soyunursa, ona dəstək olurlar. Mən də məcbur olub soyunuram.

-Mina, klipdə yataq səhnəsi olsa, rol canlandırıb çəkilərsiniz?
-Mən həm də aktrisayam. Niyə də olmasın ? Bəli, yataq səhnəsinə çəkilərəm.

-Açıq geyimli şəkillərdə rəy bölümünü niyə bağlayırsınız instagramda?
- Çünki o qədər yersiz sözlər yazırlar ki, adam bezir. Cahil-cahil insanların fikirlərini oxumağa səbrim çatmadığı üçün bağlayıram. Deyirlər ki, rəyləri bağlayanda spama düşürsən. Amma inanın o səviyyəsiz rəyləri görməkdənsə, spama düşmək daha yaxşıdır.

-Sizə xoş sözlər yazılanda cavab verirsiniz ?
-Heç bir halda cavab vermirəm. Çünki o xoş söz yazan nə zamansa məni hardasa pisləyib. Ya hansısa instagram səhifəsində, ya da hansısa bir xəbərdə mütləq ki, məni pisləyib. Bunun dəfələrlə şahidi olmuşam ki, hardasa məni pisləyən şəxsi səhifəmdə mənə xoş sözlər yazıb.

-Mina, fala inanırsınız ?
-Deyirlər, fala inanma, faldan da qalma. Amma mən baxdırmamışam. Marağım olmayıb ki, gedim hansısa falçının yanına, nəyəsə baxdırım.

-Hədiyyə qəbul etməyi sevən xanımsınız ?
-Qəbul edənəm, amma yaxınlardan. Tanımadığım şəxslərdən hədiyyə qəbul etmərəm. Yaxın dostlarımdan isə bahalı hədiyyələr almıram. Çünki, bilirəm ki, bahalı hədiyyənin arxasında nəsə dayanır. Mənsə istəmirəm ki, kimsə məni pulu ilə idarə eləsin və ya hədiyyə almaqla.

Rövşən Tahir


Xəbər xətti