Qazaxıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb- 9 nəfər ölüb

08:30 - 27 Dekabr 2019 - Xəbər

Qazaxıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, "Bek Air" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində 100 nəfər olub. Sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 9 nəfərə çatıb. Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyindən bildiriblər. Məlumata əsasən, hadisə nəticəsində 6-sı uşaq olmaqla 9 nəfər xəsarət alıb. Bildirilir ki, təyyarə aeroportdan havaya qalxan zaman yüksəkliyi itirərək ikimərtəbəli tikiliyə çırpılıb.

Xəbər xətti