Qazaxıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb- <font color=red><b>9 nəfər ölüb</b></font>
08:30 - 27 Dekabr 2019 tarixində dərc olunub.
Qazaxıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, "Bek Air" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində 100 nəfər olub.
Sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 9 nəfərə çatıb.
Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyindən bildiriblər.
Məlumata əsasən, hadisə nəticəsində 6-sı uşaq olmaqla 9 nəfər xəsarət alıb.
Bildirilir ki, təyyarə aeroportdan havaya qalxan zaman yüksəkliyi itirərək ikimərtəbəli tikiliyə çırpılıb.