12 yaşında ana olan Aysun: "Dəfələrlə qaçdım, ..." - VİDEO

"Oradan dəfələrlə qaçdım, məni tapıb döydü və geri qaytardı". 

Bu sözləri 12 yaşında ana olduğunu deyən 14 yaşlı Aysun Xəzər TV-də yayımlanan "Səni axtarıram" proqramında səsləndirib. 14 yaşlı qız 12 yaşından bəri adını paytaxtın gecə klublarının birində adını açıqlamadığı şəxs tərəfindən fahişəliyə cəlb edildiyini bildirib.

Aysun atılmış uşaqdır. 4 aylığında bir ailəyə övladlığa verilib. 11 yaşında valideynlərinin doğma olmadığını öyrənib və tez-tez evdən qaçmağa başlayıb.
12 yaşı tamam olanda sosial şəbəkədə tanış olduğu 20 yaşlı qız onu gecə klublarının birinə ofisiant işinə düzəldib. İşə başlayanda vəzifəsinin tam fərqli olduğunu başa salıblar. Aysun dəfələrlə oradan qaçsa da, onu tapıblar və döyərək geri qaytarıblar. Ona saxta şəxsiyyət vəsiqəsi düzəldərək bir neçə dəfə Türkiyəyə aparıblar. Bir müddətdən sonra İsmayıl adında 25 yaşlı gənclə tanış olub, onunla bərabər yaşamağa başlayıb. Yenə də gecə klublarında işləyib. Sadəcə başqa gecə klubunda. Aysun hazırda həmin İsmayılla da əlaqəsini olmadığını deyir.

Yeniyetmə qız aparıcının suallarını qorxa-qorxa cavablandırıb və bir neçə dəfə çox qorxduğunu deyib. Aysunun bütün söylədikləri ilə bağlı Respublika Prokurorluğuna müraciət edəcəyini bildirib.

Qeyd edək ki, valideynlərinin axtarışına çıxan 14 yaşlı Aysun Xəzər telekanaldan çıxarkən naməlum şəxslər təxminən 2 yaşlarında olan uşağı onun qarşısına qoyaraq sahib çıxmasını tələb ediblər. Həmin gündən sonra Aysun günlərlə yoxa çıxıb və efirə gəlməkdən imtina edib. Nəhayət srağagün verilişin sonunda efirə gəlib. Dünənki verilişdə üstüörtülü olsa da, bəzi məqamları açıqlayıb. Aysun özü də həmin uşağın anası olduğunu təsdiqləyir. Onun sözlərinə görə, uşaq 2018-ci ilin fevral ayında doğulub. O, uşağı dünyaya gətirərkən özündə olmadığı üçün xəstəxananın adını və harada yerləşdiyini bilmədiyini deyib./baku.ws

Tarix
25 Dekabr 2019 [21:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-12-25 21:21:12
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin